Həştərxanda AMOR-un regional nümayəndələrinin görüşü keçirilib

Həştərxanda AMOR-un regional nümayəndələrinin görüşü keçirilib
# 31 may 2018 12:26 (UTC +04:00)

Həştərxan şəhərində Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (AMOR) regional nümayəndələrinin görüşü keçirilib.

APA-nın Rusiya bürosunun məlumatına görə, bu gün açılışı keçirilən Azərbaycan İş Mərkəzində təşkil olunan görüşdə Heydər Əliyev Fondunun vitse-prezidenti, AMOR sədri Leyla Əliyeva, Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, hər iki ölkənin dövlət rəsmiləri, gənclər təşkilatının üzvləri iştirak ediblər.

Tədbirdə çıxış edən Alkesandr Jilkin Leyla Əliyevanın rəhbərliyi altında AMOR təşkilatının Rusiyada gördüyü işlərin, həyata keçirdiyi layihələrin əhəmiyyətindən danışıb. O, görüş iştirakçılarına uğurlar arzulayıb.

Daha sonra AMOR təşkilatının yaranma tarixindən, həyata keçirdiyi layihələrdən bəhs edən film nümayiş olunub.

AMOR sədri Leyla Əliyeva çıxışında görüşün keçirilməsinə verdiyi dəstəyə görə Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinə təşəkkürünü bildirib. L. Əliyeva AMOR-un yarandığı gündən bu günə kimi Rusiyada həyata keçirdiyi layihələrdən danışıb. Təşkilatın əsas məqsədinin Rusiyada yaşayan azərbaycanlı gənclərin ölkə cəmiyyətinə inteqrasiyasından ibarət olduğunu vurğulayan natiq qeyd edib ki, AMOR yarandığı gündən bu günə kimi Rusiyada bir sıra uğurlu layihələrə imza atıb.

L. Əliyeva Rusiyada yaşayan azərbaycanlı gəncləri Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təbrik edib.

Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov çıxışında Azərbaycanın Həştərxanla münasibətlərində AMOR təşkilatının, gənclərin rolunu xüsusi vurğulayıb.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu isə çıxışında Leyla Əliyevaya və rəhbərlik etdiyi AMOR təşkilatına təşəkkürünü bildirib. Diplomat azərbaycanlı gəncləri daha fəal olmağa çağırıb: “Azərbaycanın səsinin bu ölkədə eşidilməsində AMOR-un fəaliyyətinin əhəmiyyəti böyükdür”.

Görüşdə AMOR-un regional bölmələrinin fəalları məruzələrlə çıxış ediblər.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR