FİDE yeni reytinq cədvəlini açıqlayıb

FİDE yeni reytinq cədvəlini açıqlayıb
# 31 may 2018 15:25 (UTC +04:00)

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, iyun üçün müəyyənləşən siyahıda Azərbaycan yığmasının 7 üzvü yer alıb.

Yığmamızın lideri Şəhriyar Məmmədyarov 3-cü pillədəki yerini qoruyub. Onu yenə norveçli Maqnus Karlsen (2843) və Fabiano Karuana (ABŞ, 2816) qabaqlayır. Həmyerlimizin hesabında 2808 xalı var və o, ötən ayla müqayisədə xal itirməyib.

Məmmədyarovdan fərqli, Teymur Rəcəbov mövqeyini əldən verib. 2751 xala malik həmyerlimiz 1 rəqibini özündən irəli buraxmaqla, 17-ci yerə düşüb. Rauf Məmmədov da Rəcəbov kimi xal itirməyib. Lakin həmyerlimiz 3 pillə geriləməklə, 36-cı yerə enib. Təmsilçimizin aktivində 2708 xalı var.

47-ci olan Arkadi Naydiç 2797 xala malikdi. O, ötən ayla müqayisədə həm mövqeyini, həm də xalını qoruyub. Eltac Səfərliyə gəlincə, 9 xal qazanaraq, aktivini 2666-ya çatdıran qrossmeyster 14 pilləlik sıçrayışa nail olub. O, 77-ci yerə yüksəlib.

Siyahıdakı sonuncu təmsilçimiz Qədir Hüseynov yenə 99-cudu. Həmyerlimizin hesabında 2654 xalı var.

Qadınların “Top-100”ündə isə yalnız 1 şahmatçımız qalıb. Bu, Günay Məmmədzadədi. Onun hesabında 2442 xalı var və 2 pillə irəliləyərək, 32-ci yerə qalxıb.

Ötən ayla müqayisədə Zeynəb Məmmədyarova və Gülnar Məmmədova “Top-100”dəki yerini itiriblər. Bu siyahıda 2658 xalla çinli Yifan Hou birincidi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR