Ermənistandakı AES bu gündən təmirə bağlanır

Ermənistandakı AES bu gündən təmirə bağlanır
# 01 iyun 2018 04:44 (UTC +04:00)

Ermənistandakı Metsamor AES-in reaktoru bu gündən etibarən təmirə bağlanacaq. APA-nın xəbərinə görə, bu barədə AES-in baş direktoru Movses Vardanyan deyib.

Onun sözlərinə görə, iyunun 1-də reaktor və 3 saylı turboaqreqat dayandırılacaq.

Vardanyan bildirib ki, təmir çərçivəsində 3 saylı turbini yüksək və orta təzyiqli silindrlərin tam modernləşdirilməsi, 3 saylı generatorun, 3 saylı əsas transformatorun əvəzlənməsi, yardımçı sistemlərə aid avadanlıqların dəyişdirilməsi və sair işlərin görülməsi nəzərdə tutulub.

İşlər Rusiyanın “Atomenerqoremont” şirkətinə həvalə edib.

Vardanyan əlavə edib ki, 2018-ci ilə planlaşdırılan işlər görüldükdən sonra AES-in buraxılış gücünün 10 faizədək artacağını istisna etməyib.

Ermənistan hökumətinin proqramı AES-in istismar müddətini 2026-cı ilədək uzatmağı nəzərdə tutur. Maliyyələşmə Rusiyanın 270 mln dollar məbləğində verdiyi dövlət ixrac krediti və 30 mln. dollar məbləğində ayırdığı qrantın hesabına həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR