Əfqanıstan müharibəsində itkin düşmüş sovet hərbi pilotu sağ imiş

Əfqanıstan müharibəsində itkin düşmüş sovet hərbi pilotu sağ imiş
# 01 iyun 2018 11:14 (UTC +04:00)

Əfqanıstanda təyyarəsi vurulan və bu günə kimi itkin düşmüş sayılan sovet hərbi pilotunun sağ olduğu məlum olub.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Desant İttifaqının rəhbəri, Sovet İttifaqı qəhrəmanı, general-polkovnik Valeri Vostrotin deyib. O bildirib ki, həmin şəxs hazırda Əfqanıstandadır.

V. Vostrotin pilotun kimliyini açıqlamayıb: “Hazırda maddi, inzibati dəstəyə və diplomatik işə ehtiyac var”.

Xatırladaq ki, 1979-cu ilin dekabrında SSRİ Əfqanıstana ordu yeridib. 10 il ərzində 620 minə yaxın sovet əsgər və zabiti Əfqanıstanda hərbi xidmət keçib. Onlardan 14 min 453-ü ölüb. 1979-89-cu illərdə Əfqanıstanda 125 sovet hərbi təyyarəsi vurulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR