Aleks Ferqyuson xəstəxanadan evə buraxılıb

Aleks Ferqyuson xəstəxanadan evə buraxılıb
# 02 iyun 2018 00:48 (UTC +04:00)

İngiltərənin “Mançester Yunayted” klubunun sabiq baş məşqçisi Aleks Ferqyuson xəstəxanadan evə buraxılıb.

APA-nın məlumatına görə, bu barədə “Sun” qəzeti məlumatlı mənbəyə istinadən xəbər verib.

Əfsanəvi mütəxəssis mayın 5-də beyninə qan sızdığı üçün xəstəxanaya yerləşdirilərək əməliyyat olunmuşdu. Müalicədən sonra onun səhhətində müsbət yöndə dəyişikliklərin olduğu bildirilir.

Qeyd edək ki, 76 yaşlı Aleks Ferqyuson futbol tarixinin ən titullu məşqçilərindən biridir. O, 1986-2013-cü illərdə “Mançester Yunayted” klubuna rəhbərlik edib. Bu müddət ərzində “MY” 38 müxtəlif futbol turnirlərinin qalibi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR