ABŞ prezidentinin daxili təhlükəsizlik üzrə yeni köməkçisi məlum olub

ABŞ prezidentinin daxili təhlükəsizlik üzrə yeni köməkçisi məlum olub
# 02 iyun 2018 01:32 (UTC +04:00)

ABŞ Hərbi-Dəniz Qüvvələrinin kontr-admiralı Duqlas Fiers ABŞ prezidentinin daxili təhlükəsizlik üzrə yeni köməkçisi təyin ediləcək.

APA-nın TASS agentliynə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Boltonun yaydığı bəyanatda deyilir.

Bildirilir ki, D.Fiers terrorçuluqla mübarizə, kibertəhlükəsizlik və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması sahəsində 30 illik təcrübəyə malikdir.

Qeyd edək ki, bundan əvvəl ABŞ prezidentinin daxili təhlükəsizlik üzrə köməkçisi olan Tom Bossert 2018-ci ilin aprelində istefa verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR