Misir prezidentinin inauqurasiya mərasimi keçiriləcək

Misir prezidentinin inauqurasiya mərasimi keçiriləcək
# 02 iyun 2018 02:31 (UTC +04:00)

Bu gün Qahirədə prezident seçkilərində qələbə qazanmış Əbdül Fəttah əs-Sisinin inauqurasiya mərasimi keçiriləcək.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, andiçmə mərasimi Misir Nümayəndələr Palatasının binasında baş tutacaq.

Misirdə prezident seçkiləri martda keçirilib. əs-Sisi seçkilərdə 22 milyon səs (97 faiz) toplayıb. Seçkilərdə seçicilərin 41,05% faizi iştirak edib.

Beləliklə, Əbdül Fəttah əs-Sisinin növbəti 4 ildə ölkəyə rəhbərlik edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR