Hindistan "Agni-V" qitələrarası ballistik raketini sınaqdan keçirib

Hindistan "Agni-V" qitələrarası ballistik raketini sınaqdan keçirib
# 03 iyun 2018 08:41 (UTC +04:00)

Bu gün səhər Hindistan 1 ton döyüş başlığı daşımağa qadir "Agni-V" qitələrarası ballistik raketini uğurla sınaqdan keçirib.

APA-nın məlumatına görə, bu barədə ANI agentliyi məlumat yayıb.

Sınaq Odişa ştatındakı Abdul Kalam adasında yerləşən poliqonda həyata keçirilib.

"Agni-V" raketinin hazırlanması Hindistana 25 milyard rupiyə (480 milyon dollar) başa gəlib. Uzunluğu 17 metr, çəkisi 50 ton olan raket peyklərin orbitə çıxarılması üçün də istifadə edilə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR