"Dünya gözəli-2018"-in qalibi qəzada ölüb

"Dünya gözəli-2018"-in qalibi qəzada ölüb
# 03 iyun 2018 10:51 (UTC +04:00)

"Dünya gözəli-2018" gözəllik müsabiqəsinin qalibi Saniya Şakirova Qırğızıstanda yol qəzasında ölüb.

APA-nın məlumatına görə, bu barədə TASS agentliyi Qırğızıstan Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Hadisə İssık-Kul vilayətində Balıqçı-Qaraqol şosesində baş verib. S. Şakirovanın olduğu taksinin sürücüsü idarəetməsini itirib və avtomobil divara çırpılıb. Qəza nəticəsində S. Şakirova həyatını itirib, sürücü isə ağır xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR