Türkiyədən Rusiyaya ixracat artıb

Türkiyədən Rusiyaya ixracat artıb
# 03 iyun 2018 12:09 (UTC +04:00)

Bu ilin 5 ayı ərzində Türkiyədən Rusiyaya ixrac keçən ilin anoloji dövrü ilə müqayisədə 61,4 faiz artıb.

APA-nın məlumatına görə, bu barədə "Anadolu" agentliyi Türkiyə İxracatçılar Assambleyasına istinadən məlumat yayıb.

Bu ilin 5 ayı ərzində Türkiyədən Rusiyaya 1 milyard 409 milyon dollar məhsul ixrac edilib. İxracatda 263,6 milyon dollar dəyərində kənd təsərrüfatı məhsulları ilk yerdə qərarlaşıb. İkinci yerdə 196 milyon dollarla avtomobil ixracatı, üçüncü yerdə 156,5 milyon dollarla kimya sənayesi məhsulları, dördüncü yerdə 117,4 milyon dollarla tekstil malları tutur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR