"Fənərbaxça" klubunun prezidenti 20 ildən sonra dəyişib

"Fənərbaxça" klubunun prezidenti 20 ildən sonra dəyişib
# 03 iyun 2018 18:59 (UTC +04:00)

“Fənərbaxça”da prezident seçkiləri keçirilib. APA-nın "CNN Turk"-ə istinadən verdiyi xəbərə görə, bu gün “Ülkər Stadionu”nda baş tutan səsvermədə iki namizəd başqanlıq üçün mübarizə aparıb.

Keşmiş prezident Aziz Yıldırımla Ali Koçun gərgin mübarizəsini ikinci qazanıb. Türkiyənin ən zəngin iş adamlarından olan Ali Koç 16 092 səs toplayaraq “Fənərbaxça”-nın 37-ci prezidenti seçilib. Sabiq prezident Aziz Yıldırım isə 4 644 səs toplaya bilib.

Qeyd edək ki, Aziz Yıldırım 1998-ci ildən bəri 20 ildir ki, fasiləsiz olaraq “Fənərbaxça” prezidenti idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR