Azərbaycan yığmasının hücumçusu Fransa klubundan ayrılıb

Azərbaycan yığmasının hücumçusu Fransa klubundan ayrılıb
# 04 iyun 2018 12:53 (UTC +04:00)

Azərbaycan millisinin voleybolçusu Anastasiya Qurbanova Fransanın “Venel” klubundan ayrılıb. Apasport.az saytının məlumatına görə, 29 yaşlı hücumçu ilə başa çatan müqavilə yenilənməyib.

Artıq “Venel” də Qurbanovanın komandanın düşərgəsini tərk etdiyini rəsmən açıqlayıb. Bu səbəbdən də voleybolçumuz yeni klub axtarışına start verib. Onun yenidən ölkə xaricində oynayacağı istisna olunmur.

Qeyd edək ki, Qurbanova “Venel”lə Fransa çempionatının 1/4 finalınadək irəliləmişdi. Onun komandası yarımfinala gedən yolda “Mulhaus”a uduzmuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR