“Fənərbaxça”nın baş məşqçisi Aykut Kocaman istefa verib

“Fənərbaxça”nın baş məşqçisi Aykut Kocaman istefa verib
# 04 iyun 2018 13:00 (UTC +04:00)

Ali Koçun prezident seçilməsinin ardından “Fənərbaxça”da ilk istefa reallaşıb. Apasport.az saytının “Fanatik”ə istinadən məlumatına görə, baş məşqçi Aykut Kocaman istefa ərizəsini rəhbərliyə təqdim edib.

Koç rəsmi olaraq işinin icrasına başladıqdan sonra ərizəni dəyərləndirəcək və 53 yaşlı mütəxəssislə yoluna davam edib-etməyəcəyinə dair yekun qərarını açıqlayacaq.

Qeyd edək ki, Aykut Kocamanın “Fənərbaxça” ilə olan müqaviləsinin bitməsinə bir il qalmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR