Azərbaycan cüdoçuları Avropa kubokunda 5 medal qazanıb

Azərbaycan cüdoçuları Avropa kubokunda 5 medal qazanıb
# 04 iyun 2018 13:03 (UTC +04:00)

Avstriyada gənc cüdoçular arasında keçirilən açıq Avropa kuboku başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışda iştirak edən Azərbaycan yığmasının qazancı 5 medal olub.

Belə ki, baş məşqçi Elçin İsmayılovun yetirmələrindən 55 kq çəki dərəcəsində yarışan Rövşən Əliyev Braziliya, Qazaxıstan, Ukrayna cüdoçularına qalib gələrək, finalda Yaponiya təmsilçisi Daiçi Takano ilə qarşılaşıb. Güclü rəqibinə uduzan Rövşən Əliyev Avstriyada gümüş medal qazanıb. Bu çəki dərəcəsində ölkəmizi təmsil edən Balabəy Ağayev və Rəqşan Baxşəliyev bürünc medala sahib olublar.

Digər cüdoçularımızdan Ramilə Əliyeva (44 kq) və İbrahim Əliyev (66 kq) də 3-cü yeri tutublar.

Beləliklə, gənc cüdoçularımız Leybnits beynəlxalq turnirini 1 gümüş və 4 bürünc medalla başa vurub. Yığmamız bu nəticə ilə komanda hesabında 39 ölkə arasında 11-ci olub.

Qeyd edək ki, yığmamız Avropa kubokuna 21 cüdoçu ilə qatılmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR