Nikaraquada iğtişaşlar nəticəsində ölənlərin sayı 127 nəfərə çatıb

Nikaraquada iğtişaşlar nəticəsində ölənlərin sayı 127 nəfərə çatıb
# 04 iyun 2018 23:46 (UTC +04:00)

Nikaraquada davam edən iğtişaşlar nəticəsində ölənlərin sayı 127 nəfərə çatıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hökumətə qarşı keçirilən kütləvi aksiyalarda 1000-dək insan yaralanıb.

Nikaraquada etiraz aksiyaları aprelin 18-dən etibarən davam edir. Etirazçılar sosial sığorta fondlarına köçürmələrinin məbləğinin artırılmasını nəzərdə tutan islahata qarşı çıxış edirlər. Prezident Daniel Orteqa islahatı ləğv etsə də, ölkədə iğtişaşlar davam etməkdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR