Venesuela ADT-ni tərk edir

Venesuela ADT-ni tərk edir
# 05 iyun 2018 04:25 (UTC +04:00)

Venesuela bundan sonra Amerika Dövlətləri Təşkilatında (ADT) təmsil olunmayacaq.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bunu Venesuelanın prezidenti Nikolas Maduro bəyan edib.

Onun sözlərinə görə, hazırda Vaşinqtonda keçirilən ADT-in Baş Assambleyası onun rəhbərlik etdiyi ölkə üçün sonuncu olacaq.

“Biz Amerika Dövlətləri Təşkilatının fəaliyyətini pisləyirik və qurumu tərk edirik. Bu artıq təsdiqlənib”, deyə N.Maduro bildirib. O, həmçinin deyib ki, təşkilatda təmsil olunan ABŞ nümayəndələri Latın Amerikası ölkələrinə qarşı şantaj və təhdidlərlə dolu kampaniya aparırlar.

Bundan əvvəl ABŞ-ın dövlət katibi Mayk Pompeo Venesuelanın ADT-də üzvlüyünü dayandırmağa çağırıb. Eyni zamanda ABŞ rəsmisi Venesuelada keçirilən son prezident seçkilərini “saxta" adlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR