Bakıda Avropa İttifaqı-Azərbaycan biznes forumu keçirilir

Bakıda Avropa İttifaqı-Azərbaycan biznes forumu keçirilir
# 05 iyun 2018 08:10 (UTC +04:00)

Bu gün Bakıda Avropa İttifaqı-Azərbaycan biznes forumu öz işinə başlayıb.

APA-Economic”in məlumatına görə, biznes forum Aİ-nin Azərbaycandakı Nümayəndəliyi və Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK) birgə əməkdaşlığı çərçivəsində keçirilir.

Biznes forumda Azərbaycandakı ən son iqtisadi inkişaf və islahatlarla bağlı ekspert çıxışları olacaq, müzakirələr aparılacaq və ikitərəfli görüşlər keçiriləcək. Biznes forumda iqtisadi islahatlar, kənd təsərrüfatı və qida, tikinti və maşınqayırma, nəqliyyat və logistika, həmçinin İKT və elektron ticarət mövzuları əsas müzakirə mövzuları olacaq.

Biznes forumun açılış mərasimində Alman-Azərbaycan Xarici Ticarət Palatasının İcraçı direktoru Tobias Baumanın, Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin çıxışı gözlənilir. Daha sonra salamlama nitqləri ilə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin səfiri Kestutis Jankauskasın və Avropa Komissiyasının Şərq Qonşuluğu və Danışıqların Genişlənməsi (DG NEAR) üzrə Baş Direktoratı, Şərq Qonşuluğu üzrə direktoru Lourens Meredit çıxış edəcəklər.

Daha sonra Aİ Biznes Mühiti Hesabatı Azərbaycan 2018-in təqdimatı ilə Alman-Azərbaycan Xarici Ticarət Palatasının Bazarın Təhlili və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Bayramlı, vergilər naziri Mikayıl Cabbarov, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov və Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin şərhləri olacaq.

Daha sonra Azərbaycanda iqtisadi islahatlar mövzusunda plenar sessiya öz işinə başlayacaq. Plenar iclasda Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin əməkdaşlıq üzrə rəhbəri Jeroen Willems, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı və iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, Dünya Bankının Azərbaycan üzrə ölkə rəhbəri Naveed Hassan Naqvi, Avropa Komissiyasının Şərq Qonşuluğu üzrə Direktor, Şərq Qonşuluğu və Danışıqların Genişlənməsi (DG NEAR) üzrə Baş Direktoratı Lourens Meredit və Britaniya Biznes Qrupunin sədri John Patterson çıxış edəcəklər.

Kənd Təsərrüfatı və Qida adlı birinci paneldə kənd təsərrüfatı naziri İnam Kərimovun iştirakı nəzərdə tutulub. Tikinti və Maşınqayırma adlı ikinci paneldə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin müdir müavini Elxan Əsədovun və bir sıra yerli şirkət rəhbərlərinin çıxışları nəzərdə tutulub.

Nəqliyyat və Logistika adlanan üçüncü paneldə Litvanın Azərbaycan və Türkmənistandakı səfirliyinin Missiya rəhbərinin müavini Dalija Ignataviciute, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə çıxış edəcəklər.

İKT və Elektron Ticarət adlanan sonuncu paneldə isə Yunanıstan Səfirliyinin İqtisadi və Kommersiya məsələləri üzrə İdarə rəhbəri Vassilios Sitaras, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun İcraçı Direktorunun müavini Azər Bayramovun çıxışları gözlənilir.

Biznes forum ikitərəfli görüşlərlə yekunlaşacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR