Naftalanda körpələr evi-uşaq bağçası binasının tikintisi üçün 3 milyon manat ayrılıb

Naftalanda körpələr evi-uşaq bağçası binasının tikintisi üçün 3 milyon manat ayrılıb
# 05 iyun 2018 15:22 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev “Goranboy şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında” sərəncam imzalayıb.

APA-nın məlumatına görə, sərəncama əsasən Naftalan şəhərində yeni 200 yerlik körpələr evi-uşaq bağçası binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naftalan Şəhər İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR