Salehi: “Şərait uyğun olsa, sabah Nətənzdə yeni sentrifuqaların açılışını elan edəcəyik”

Salehi: “Şərait uyğun olsa, sabah Nətənzdə yeni sentrifuqaların açılışını elan edəcəyik”
# 05 iyun 2018 16:05 (UTC +04:00)

"Qərblilər İranın sülhyönümlü enerji potensialının olmasını istəmirlər".

APA-nın Tehran bürosunun məlumatına görə, bu sözləri İranın Atom Enerjisi Təşkilatının sədri Əliəkbər Salehi keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, İranın bir neçə min SWU (izotop ayırma qabiliyyəti) istehsal etmək imkanı var və inkişaf etmiş sentrifuqaların istehsal prosesi başlanıb.

Ə. Salehi qeyd edib ki, İranın nüvə fəaliyyətləri sülhyönümlüdür: “Bunun da əsası ali rəhbərin verdiyi fətvadır. O, kütləvi qırğın silahları və nüvə silahının istehsalını, eləcə də saxlanılmasını haram bilir. Biz bu prinsipdən heç vaxt dönməmişik və dönməyəcəyik.

Ə. Salehinin sözlərinə görə, sanksiyalarla Hərtərəfli Birgə Fəaliyyət Planının icrası eyni vaxtda mümkünsüzdür: “Ali rəhbər dünən açıq şəkildə bunu bəyan etdi. Biz həm bu sazişi yerinə yetirək, həm də sanksiyalar tətbiq olunsun, biz bunu qəbul etməyəcəyik. Əgər şərait uyğun olarsa, sabah Nətənzdə yeni sentrifuqaların açılışını elan edəcəyik”.

Qeyd edək ki, ali rəhbər Əli Xamnei 190 min SWU-nun (izotop ayırma qabiliyyəti) istehsalı üçün lazımi infrastrukturun hazırlanmasına dair tapşırıq verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR