Azərbaycanda dövlət sirri sayılan məlumatların saxlanması müddətləri müəyyənləşdirilir

Azərbaycanda dövlət sirri sayılan məlumatların saxlanması müddətləri müəyyənləşdirilir
# 05 iyun 2018 16:44 (UTC +04:00)

Azərbaycanda dövlət sirrinin saxlanılması qaydaları dəyişdirilir.

APA-nın məlumatına görə, bununla bağlı Azərbaycan Prezidenti tərəfindən Milli Məclisə “Dövlət sirri haqqında” haqqında qanuna əlavə və dəyişiklik təklifi göndərilib.

Layihəyə əsasən, qanuna “Məlumatın daşıyıcısına məxfilik qrifinin verilməsi ilə əlaqədar bu qanunun 10.1-ci və 10.2-ci maddələrində nəzərdə tutulmuş tələblərə riayət edilməsinə görə onu hazırlamış struktur bölmənin rəhbəri məsuldur” məzmunlu 10.4-cü maddə əlavə edilir.

Dəyişikliklərə əsasən, məlumatın məxfilik müddəti onun məxfiləşdirildiyi gündən hesablanır. Bu müddət məxfi məlumatlar üçün 10 ildən, tam məxfi məlumatlar üçün 20 ildən, xüsusi əhəmiyyətli məlumatlar üçün 30 ildən, məxfilik dərəcəsindən asılı olmayaraq şəxsin kəşfiyyat, əks-kəşfiyyat, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanların əməkdaşı olmasını və ya bu orqanlarla konfidensial əsaslarla əməkdaşlıq edən yaxud əməkdaşlıq etmiş şəxslərin şəxsiyyətini müəyyən etməyə imkan verən məlumatlar üçün 75 ildən çox olmamalıdır. Dövlət sirri təşkil edən məlumatların məxfilik müddətinin uzadıldığı hal istisna olmaqla, dövlət sirri təşkil edən məlumat daşıyıcıların məxfiliyi məlumat məxfiləşdirildiyi zaman müəyyən edilmiş müddətdən gec olmayaraq götürülməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR