Azərbaycandakı zəlzələ Rusiya, Gürcüstan və Ermənistanda hiss olunub

Azərbaycandakı zəlzələ Rusiya, Gürcüstan və Ermənistanda hiss olunub
# 06 iyun 2018 01:31 (UTC +04:00)

Rusiya Federasiyasının Dağıstan respublikasının sakinləri Azərbaycanda ötən gecə baş verən zəlzələni hiss ediblər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Dağıstan FHN-in nümayəndəsi bildirib.

“Saat 21.50-də (Bakı vaxtı ilə 22.50) episentrinin Azərbaycanda yerləşdiyi zəlzələ barədə məlumat daxil olub. Dağıstan ərazisində zəlzələ 3-4 bal gücündə hiss olunub”, - deyə qurumdan bildirilib.

Qeyd edək ki, Azərbaycanın Zaqatala rayonunda 6 bal gücündə baş verən zəlzələ Gürcüstan və Ermənistan ərazilərində də hiss olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR