KTN bu ilin 5 ayında peyvəndlənən quş və cücələrin sayını açıqlayıb

KTN bu ilin 5 ayında peyvəndlənən quş və cücələrin sayını açıqlayıb
# 06 iyun 2018 10:03 (UTC +04:00)

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ölkə ərazisində iti yoluxucu xəstəliklərə, o cümlədən quşların nykasl xəstəliyinə qarşı peyvəndləmə tədbirləri davam etdirilir.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, cari ilin 5 ayı ərzində nyukasl xəstəliyinə qarşı 13 771 427 baş quşda “H” ştammı, 19 141 907 baş cücədə isə “La-sota” ştammı ilə peyvəndləmə aparılıb. Hal-hazırda ölkə ərazisində bu xəstəliyə qarşı peyvəndləmə tədbirləri yekunlaşmaq üzrədir.

Nyukasl xəstəliyi quşların yüksək kontagioz virus xəstəliyi olmaqla respirator və visseral orqanların, mərkəzi sinir sisteminin zədələnməsi və yüksək tələfat verməsi ilə səciyyələnir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR