Yığmamız Avropa çempionatına yollanır

Yığmamız Avropa çempionatına yollanır
# 06 iyun 2018 12:10 (UTC +04:00)

İyunun 10-da Bolqarıstanın Plovdiv şəhərində parataekvondo üzrə Avropa çempionatı keçiriləcək. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışa Azərbaycan yığması da qatılacaq.

Sayca 7-ci olan qitə çempionatında ölkəmizi 5 idmançı təmsil edəcək. Həmyerlilərimizdən İmaməddin Xəlilov (K-44, 61 kq), Nicat Müslümov ( K-43, 75 kq), Əbülfəz Abuzərli (K-44, 75 kq), Vuqar Adışirinov (K-44, +75 kq) və Aynur Məmmədova (K-44 +58 kq) dayanq üzərinə çıxacaq. Plovdiv şəhərinin “Kolodruma” İdman Sarayında baş tutacaq G4 kateqoriyalı yarışın qalibləri aktivlərinə 40 reytinq xalı əlavə edəcəklər.

Qeyd edək ki, bu gün səfərə yollanan komandamız iyunun 11-də Vətənə dönəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR