“APA Holding”in fotoqrafı Vergilər Nazirliyinin elan etdiyi müsabiqənin qalibi olub

“APA Holding”in fotoqrafı Vergilər Nazirliyinin elan etdiyi müsabiqənin qalibi olub
# 06 iyun 2018 14:49 (UTC +04:00)

APA Holding”in fotoqrafı Şahin Sərdarovun müəllifi olduğu foto Vergilər Nazirliyinin elan etdiyi “Azərbaycan Xalq Cümhuriyyəti” fotomüsabiqəsinin qalibi olub.

APA-nın xəbərinə görə, bu barədə Vergilər Nazirliyinin rəsmi İnstagram səhifəsində məlumat yayılıb.

Müsabiqəyə 100-dək foto təqdim olunub, onlardan 42-si yarışmada iştirak edib.

Müsabiqənin şərtlərinə əsasən, ən çox bəyənilən 5 foto Vergilər Nazirliyi və Azərbaycan Fotoqraflar Birliyinin nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Münsiflər heyətinin qərarına əsasən, Şahin Sərdarovun fotosu birinci yerə layiq görülüb.

İkinci yeri Səidə Həsənova, üçüncü yer isə Gülçin Aslanlının təqdim etdiyi fotolar tutub.

Beş iştirakçıya müsabiqəyə təqdim etdikləri fotolara görə sertifikat təqdim olunacaq.

Qeyd edək ki, qalib foto ötən il İslam Həmrəyliyi Oyunlarının açılışı zamanı lentə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR