Londonun məşhur hotelində yanğın söndürülüb - YENİLƏNİB

Londonun məşhur hotelində yanğın söndürülüb - <span style="color: red;">YENİLƏNİB
# 07 iyun 2018 00:44 (UTC +04:00)

Londonda məşhur beş ulduzlu “Mandarin Oriental” hotelində baş verən yanğın söndürülüb.

APA-nın RT-yə istinadən verdiyi xəbərə görə, bu barədə Böyük Britaniyanın paytaxtının Yanğınsöndürmə Xidməti bildirib.

Yanğın zamanı 286 nəfər xilasedicilər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib. İlkin məlumata əsasən, xəsarət alan yoxdur.

***

20:05

Böyük Britaniyanın paytaxtı Londonda, məşhur beş ulduzlu “Mandarin Oriental” hotelində güclü yanğın baş verib.

APA-nın məlumatına görə, bu barədə Sky News xəbər verib.

Hadisə yerinə 100 yanğınsöndürən və 15 texnika cəlb edilib.

Hadisənin səbəbləri barədə hələlik açıqlama verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR