BMT Təhlükəsizlik Şurası Ukraynaya dair bəyanat qəbul edib

BMT Təhlükəsizlik Şurası Ukraynaya dair bəyanat qəbul edib
# 06 iyun 2018 19:30 (UTC +04:00)

BMT Təhlükəsizlik Şurası Ukraynanın şərqində atəşkəsin pozulmasını pisləyən bəyanat qəbul edib.

APA-nın məlumatına görə, bu barədə qurumun saytında bildirilir.

“Təhlükəsizlik Şurası atəşkəsin pozulmasının davam etməsini, xüsusilə Minsk razılaşması ilə qadağan edilən ağır silahların istifadəsini pisləyir. Ağır silahlardan istifadə mülki şəxslər daxil olmaqla insanların ölümünə səbəb olur”, bəyanatda deyilir.

Şura üzvləri tərəflərdən Minsk razılaşmasının müddəalarına uyğun olaraq qüvvələri geri çəkmək və ağır silahların dərhal çıxarılmasına dair öhdəliklərini yerinə yetirməyi tələb ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR