Qvatemalada vulkan püskürməsi nəticəsində ölənlərin sayı 99-a çatıb - YENİLƏNİB

Qvatemalada vulkan püskürməsi nəticəsində ölənlərin sayı 99-a çatıb - <span style="color: red;">YENİLƏNİB
# 07 iyun 2018 02:33 (UTC +04:00)

Qvatemalada Fueqo vulkanının püskürməsi nəticəsində ölənlərin sayı 99 nəfərə çatıb.

APA-nın xəbərinə görə, bu barədə “Reuters” agentliyi yerli hökumət rəsmilərinə istinadən xəbər verib.

Bundan əvvəl təbii fəlakət nəticəsində 82 nəfərin öldüyü, azı 192 nəfərin isə itkin düşdüyü bildirilirdi.

Qvatemala hökuməti təxminən 2 milyon insanın hadisədən zərər gördüyünü açıqlayıb. Ölkədə üç günlük matəm elan olunub.

***

22:49

Qvatemalada Fueqo vulkanının püskürməsi nəticəsində ölənlərin sayı 82 nəfərə çatıb

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 75 nəfərin öldüyü bildirilirdi.

Məlumata əsasən, bu gün təbii fəlakət zamanı həyatını itirən daha 6 nəfərin meyiti aşkarlanıb, daha bir nəfər xəstəxanada keçinib.

Qvatemala hökuməti təxminən 2 milyon insanın hadisədən zərər gördüyünü açıqlayıb. Ölkədə üç günlük matəm elan olunub.

Hündürlüyü 3,7 km təşkil edən Fueqo Qvatemalanın ərazisində yerləşən ən fəal vulkanlardan biridir. Qvatemalanın eyni adlı paytaxtından 40 km aralıda yerləşən vulkan iyunun 3-dən püskürməyə başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR