Əfqanıstan hökuməti "Taliban"la müvəqqəti atəşkəs elan edib

Əfqanıstan hökuməti "Taliban"la müvəqqəti atəşkəs elan edib
# 07 iyun 2018 09:17 (UTC +04:00)

Əfqanıstan prezidenti Əşrəf Qəni ökənin "Taliban” hərəkatına qarşı atəşkəs elan etdiyini bəyan edib.

APA-nın xəbərinə görə, prezident Əşrəf Qəni bu barədə şəxsi “Twitter”-də yazıb.

Ə. Qəninin sözlərinə görə, atəşkəs Ramazandan sonra qeyd edilən “Eid-ul-Fitr” (Orucluğun başa çatması məqsədilə qeyd edilir) bayramının beşinci gününə kimi davam edəcək.

Prezident qeyd edib ki, şiddət və sui-qəsd halları dində qəti qadağandır: “Əfqan milli müdafiə və təhlükəsizlik ordusu bu müddət ərzində təkcə "Taliban"a qarşı hücum manevrlərini dayandıracaq, İŞİD və digər əcnəbi terror təşkilatlarının hücumlarına qarşı mübarizə isə davam etdiriləcək”.

Qəni onu da bildirib ki, atəşkəs bəyanatı Əfqanıstan münaqişəsinin sülh yolu ilə həllinə dair hökumətin gücünü və xalqın iradəsini təcəssüm etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR