Moskvada Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşü olub

Moskvada Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşü olub
# 07 iyun 2018 10:54 (UTC +04:00)

Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla Ermənistanın yeni XİN rəhbəri Zöhrab Mnatsakanyan arasında görüş keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, görüşün protokol hissəsi media üçün açıq olub.

Sergey Lavrov çıxışında Ermənistanın yeni XİN başçısını Moskvada görməkdən məmnun olduğunu söyləyib. Rusiyalı nazir bugünkü görüşdə ikitərəfli münasibətləri müzakirə edəcəklərini bildirib: "Ümid edirəm ki, görüşümüz uğurlu keçəcək"

Ermənistan XİN başçısı isə çıxışında yeni vəzifədə ilk xarici səfərini Moskvaya etdiyini vurğulayıb.

Daha sonra görüş medianın iştirakı olmadan davam etdirilib.

Qeyd edək ki, Rusiya XİN Lavrov-Mnatsakanyan görüşündə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının da müzakirə olunacağı barədə məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR