“Azərişıq”: Yeni xidmətlərin istifadəyə verilməsi mayda müraciətlərin sayını artırıb

“Azərişıq”: Yeni xidmətlərin istifadəyə verilməsi mayda müraciətlərin sayını artırıb
# 07 iyun 2018 11:05 (UTC +04:00)

May ayı ərzində “Azərişıq” ASC-yə “ASAN” xidmət mərkəzləri vasitəsi ilə 13 minə yaxın müraciət olunub.

APA-Economics”in məlumatına görə, bunu bu gün “Azərişıq” ASC-də keçirilən mətbuat konfransında “Azərişıq” ASC-nin Perspektiv inkişaf və “ASAN xidmət”lə iş idarəsinin rəisi Elsevər Rüstəmli bildirib.

Onun sözlərinə görə, gündəlik olaraq belə müraciətlərin sayı 400-500 olur: “Azərişıq” ASC-nin abonentlərə göstərdiyi xidmətlərin bütün regionlardakı “ASAN xidmət” mərkəzlərini əhatə etməsi, eyni zamanda bu il ərzində əlavə üç xidmətin yaradılaraq xidmətlərin sayının 13-ə çatdırılması may ayı ərzində səhmdar cəmiyyətə daxil olan müraciətlərin sayında artıma səbəb olub: “Hansı ki, həmin üç yeni xidmətdən ikisi məhz may ayının əvvəlindən etibarən fəaliyyətə başlayıb. Bunlar “yük hesabatının hazırlanması” (elektrik enerjisinin gücü və keyfiyyət göstəriciləri barədə sənəd) və “istehlakçının balansında olan elektrik şəbəkələrinə, onların avadanlıqlarına texniki xidmətin göstərilməsi” adlı xidmətlərdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR