“Qarabağ”ın futbolçusunun “Las Palmas”a keçidi baş tutmayacaq

“Qarabağ”ın futbolçusunun “Las Palmas”a keçidi baş tutmayacaq
# 07 iyun 2018 14:01 (UTC +04:00)

“Qarabağ”ın yarımmüdafiəçisi Dani Kintananın “Lap Palmas”a keçidi baş tutmayacaq. Apasport.az saytının məlumatına görə, bu barədə məlumatı yerli KİV yayıb.

Kintana “Las Palmas”ın sabiq idman direktoru Toni Kruzun maraq dairəsində idi və futbolçu ilə danışıqlar aparırdı. Lakin Kruzun klubdan ayrılması 31 yaşlı oyunçunun vəziyyətində də dəyişikliyə səbəb olub.

Belə ki, hücumameylli futbolçu idman direktoru vəzifəsinə gətirilən Toni Oteronun planında yoxdu. Növbəti mövsümü aşağı liqada keçirəcək “Las Palmas” heyətində gəncləşdirmə siyasəti aparmaq fikrindədi.

Qeyd edək ki, 2015-ci ildən “Qarabağ”ın formasını geyinən Dani Kintananın klubla müqavilə müddəti bu ayın sonuna qədərdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR