DÇ-2018: Vladimir Putin favoritlərini açıqlayıb

DÇ-2018: Vladimir Putin favoritlərini açıqlayıb
# 07 iyun 2018 14:11 (UTC +04:00)

Rusiya prezidenti Vladimir Putin ölkəsində keçiriləcək dünya çempionatının favoritlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, o, daha çox 4 yığmaya üstünlük verib.

Putin sürprizlərin olacağını da istisna etməyib: “Güclü komandalar çoxdu. Cənubi Amerikadan Argentina və Braziliya var. Əvvəlki yarışlarda Almaniya çox mükəmməl oyun göstərdi, İspaniya gözəl bir futbol nümayiş etdirdi. Başqa ciddi komandalar da olacaq. Amma ən yaxşısı qazanacaq”.

Ölkə başçısı Rusiya yığmasından gözləntilərini də açıqlayıb. O bildirib ki, komandadan uğur gözləyir: “Rusiyadakı bütün azarkeşlər komandamızın modern, maraq doğuran və gözəl bir futbol ortaya qoymasını və son qədər mübarizə aparmasını istəyir”.

Putin iyunun 14-dən iyulun 15-dək keçiriləcək mundialın təşkilatçılığını ən yüksək səviyyədə həyata keçirəcəklərini də deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR