Yığmamız FİFA reytinqində 21 pillə irəliləyib

Yığmamız FİFA reytinqində 21 pillə irəliləyib
# 07 iyun 2018 14:15 (UTC +04:00)

Bu gün milli komandaların FİFA reytinqi açıqlanıb. Apasport.az saytının məlumatına görə, siyahıda planetin 211 komandası yer alıb.

Hesabat dövründə milli komandaların ifasında yoldaşlıq görüşləri keçirildiyindən, cədvəldə ciddi dəyişikliklər olub. Bu müddətdə Qırğızıstan üzərində qələbə qazanıb (3:0), Qazaxıstana eyni hesabla məğlub olan Azərbaycan yığması ən böyük irəliləyişə nail olub.

Hesabına 76 xal əlavə edən komandamız 21 pillə irəliləyərək 105-ci sıraya yüksəlib. Qurban Qurbanovun baş məşqçisi olduğu millimizin aktivində 321 xal var.

Millimiz və qonşuları

101 (102). Liviya - 336

102 (102). Vyetnam – 334

103 (109). Niger – 323

104 (108). Haiti - 322

105 (126). Azərbaycan – 321

106 (114). Madaqaskar - 308

107 (105). Mavritaniya - 304

108 (110). KXDR – 303

108 (115). Mərkəzi Afrika Respublikası – 303

Dünyanın ən güclü 10 komandasının siyahısında cəmi bir dəyişiklik baş verib. Ötən ay 8-ci yerdə qərarlaşan İspaniya ilə 10-cu sıranın sahibi Polşa yerlərini dəyişiblər.

İlk “onluq”

1 (1). Almaniya - 1558

2 (2). Braziliya - 1431

3 (3). Belçika - 1298

4 (4). Portuqaliya - 1274

5 (5). Argentina - 1241

6 (6). İsveçrə - 1199

7 (7). Fransa – 1198

8 (10). Polşa - 1183

9 (9). Çili – 1135

10 (8). İspaniya – 1126

Millimizin növbəti yoldaşlıq görüşündəki rəqibi Latviya irəliləyişə nail olub. Millətlər Liqasındakı rəqiblərin hər üçü - Kosovo, Farer adaları və Malta da reytinqdə bir neçə pillə yüksəliblər.

Millimizin rəqibləri

90 (93). Farer adaları – 374

129 (139). Latviya - 230

141 (152). Kosovo - 197

184 (185). Malta - 65

Qeyd edək ki, qonşu Türkiyə millisi 706 xalla 38-ci yerdə qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR