Kremençuq neft emalı zavodu 10 min ton Azərbaycan nefti alıb

Kremençuq neft emalı zavodu 10 min ton Azərbaycan nefti alıb
# 07 iyun 2018 14:17 (UTC +04:00)

Ukraynanın “Ukrtransnafta” Səhmdar Cəmiyyəti “Cənub” dəniz neft terminalının ehtiyatında olan 10 min ton “AzeriLight” neftinin bütün həcmlərini satıb.

APA-Economics”in “Enkorr” agentliyinə istinadən məlumatına görə, bu barədə “Ukranya Energetika Birjası”nda keçirilən hərracların nəticələrindən məlum olub.

Birja alıcının adını açıqlamır. “Enkorr”un məlumatına görə, qeyd olunan həcmdə Azərbaycan neftini Kremençuq Neft Emalı Zavodunda emal üçün “Privat” şirkəti əldə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR