Bakı Uşaq Teatrı yeni tamaşa təqdim edəcək

Bakı Uşaq Teatrı yeni tamaşa təqdim edəcək
# 08 iyun 2018 07:22 (UTC +04:00)

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq Teatrı yeni tamaşa ilə çıxış edəcək.

Teatrın mətbuat xidmətindən APA-ya bildirilib ki, Əbdürrəhim bəy Haqverdiyevin eyniadlı pyesi əsasında rejissor Elşən Zeynallının quruluş verdiyi “Kimdir müqəssir?!” tamaşası iyunun 12-də saat tamaşaçıların ixtiyarına veriləcək.

Premyera Dövlət Gənc Tamaşaçılar Teatrının binasında baş tutacaq.

Tamaşada kiçik bir ailənin timsalında böyük bəşəri problemlər, insanın təkamül yolu, qadın-kişi münasibətlərindəki anlaşılmazlıqların doğurduğu faciələr əks olunur.

Rolları Bakı Uşaq Teatrının aktyorları Niyaz İlyasoğlu, Məlahət Əhməd, Əli Qulu Səmədov və başqaları ifa edirlər.

Tamaşanın rəssamı Sevda Məmmədova, musiqi tərtibatçısı Rauf Hüseynli, rəqslərin quruluşçusu Könül Şahbazovadır.

Qeyd edək ki, APA Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və onun tabeliyində olan qurumların informasiya dəstəkçisidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR