Boksçumuz Avropa çempionatına qələbə ilə başlayıb

Boksçumuz Avropa çempionatına qələbə ilə başlayıb
# 08 iyun 2018 07:59 (UTC +04:00)

Bolqarıstanın paytaxtı Sofiyada qadın boksçular arasında Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, yarışın üçüncü günündə Azərbaycan millisinin üzvü Məryəm Cəbrayılova da mübarizəyə qoşulub.

69 kq çəki dərəcəsində qüvvəsini sınayan təmsilçimiz ilk görüşünü türkiyəli Gülüzar Karaya qarşı keçirib. O, 1/8 final mərhələsi çərçivəsində baş tutan döyüşdə rəqibinə 5:0 (29:28, 29:28, 29:28, 30:27, 29:28) hesabı ilə qalib gəlib.

Cəbrayılova 1/4 finalda almaniyalı Nadine Apetzlə üz-üzə gələcək. Döyüş iyunun 9-da keçiriləcək.

Qeyd edək ki, 32 ölkədən 146 boksçunun qatıldığı Avropa çempionatı iyunun 12-də başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR