Günəbaxan sahələrində parazit alaq otu aşkar olunub

Günəbaxan sahələrində parazit alaq otu aşkar olunub
# 08 iyun 2018 08:10 (UTC +04:00)

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin fitosanitar monitorinqləri zamanı günəbaxan sahələrində parazit bitki olan Orobanş və ya xalq arasında kəhrə (türk dilində Canavar otu) adlanan alaq otu aşkar olunub.

Bu barədə "APA-Economics"ə kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Sirayətlənmə Samux rayonunun Əhmədbəyli, Ağasıbəyli, Alıuşağı, Zazalı, Lək kəndlərinin ərazisini əhatə edib.

Mütəxəssislər tərəfindən fermerlərə və təsərrüfat sahiblərinə parazit alaq bitkisinə qarşı mübarizə tədbirlərinin aparılması ilə bağlı tövsiyələr verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR