ABŞ diplomatı: “Azərbaycanlı məcburi köçkünlərə 112 milyon dollardan çox yardım etmişik”

ABŞ diplomatı: “Azərbaycanlı məcburi köçkünlərə 112 milyon dollardan çox yardım etmişik”
# 08 iyun 2018 14:05 (UTC +04:00)

"Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən bəri ABŞ azərbaycanlı məcburi köçkünlərə 112 milyon dollardan çox yardım edib".


APA-nın xəbərinə görə, bunu ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Vilyam Gil deyib.

V. Gil bildirib ki, ABŞ-ın məqsədi azərbaycanlıların arzuladığı daha firavan, sabit gələcək qurmaqda onlarla əməkdaşlıq etməkdir: "Bildiyiniz kimi, ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllinə dair Minsk qrupu prosesinin həmsədri olmaqla, proses çərçivəsində münaqişənin sülh yolu ilə həlli üçün tərəfləri bir araya gətirərək həll yolunun tapılması istiqamətində işlər görür. Amma eyni zamanda, məcburi köçkün əhalisinin ehtiyacları var ki, bu ehtiyaclar təmin edilməlidir və şadıq ki, məcburi köçkünlərə yönəlmiş uğurlu fəaliyyət həyata keçirə bilirik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR