Gürcüstanda 3 əcnəbi turist ölüb

 Gürcüstanda 3 əcnəbi turist ölüb
# 08 iyun 2018 14:15 (UTC +04:00)

Gürcüstanın Acarıstan bölgəsinin Xelvaçauri rayonunda Acaristskali çayında raftinq zamanı 4 nəfər ölüb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, 6 nəfərin olduğu kiçik qayığın aşması nəticəsində 4 nəfər suda boğulub.

Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı araşdırma aparır. Ölən 4 nəfərdən 3-ün əcnəbi turist, birinin isə Gürcüstan vətəndaşı olduğu müəyyənləşib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR