Səudiyyə Ərəbistanı hərbçiləri Yəməndən atılan iki raketi vurub

Səudiyyə Ərəbistanı hərbçiləri Yəməndən atılan iki raketi vurub
# 08 iyun 2018 22:22 (UTC +04:00)

Səudiyyə Ərəbistanının havadan müdafiə qüvvələri Yəmən ərazisindən atılan iki raketi vurub.

APA-nın məlumatına görə, bu barədə “Sky News Arabia” xəbər verib.

Məlumata əsasən, Nəcran şəhərinə istiqamətlənən raketlərin biri Yəmən ərazisinə, digər isə sərhədyanı boş əraziyə düşüb. Əhali arasında itki qeydə alınmayıb. Bildirilir ki, raketlər Yəməndəki üsyançı husilər tərəfindən atılıb.

Ümumilikdə, 2014-cü ildən etibarən Yəməndən Səudiyyə Ərəbistanı ərazisinə 100-dən çox raket atılıb.

Qeyd edək ki, Yəməndə üsyançı husilər (“Ənsər Allah” hərəkatı) və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar arasında münaqişə 2014-cü ildən davam edir. Səudiyyə Ərəbistanın rəhbərliyi altında ərəb koalisiyası 2015-ci il, martın 26-dan Yəməndə üsyançı husilərin nəzarəti altında olan ərazilərə hava zərbələri endirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR