Makron G7 sammitində danışıqların mövzularını açıqlayıb

Makron G7 sammitində danışıqların mövzularını açıqlayıb
# 09 iyun 2018 02:20 (UTC +04:00)

Bu gün “Böyük yeddilik” (G7) ölkələrinin liderləri birgə görüş zamanı Şimali Koreya, İran və Suriyanı müzakirə edəcəklər.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Fransa prezidenti Emmanuel Makron ABŞ prezidenti Donald Trampla ikitərəfli görüşdən sonra bəyan edib.

“Şimali Koreya, İran və Suriya ətrafında müzakirələr aparacağıq”, deyə E.Makron bildirib.

Onun sözlərinə görə, ticarət məsələlərində ABŞ və Fransa arasında ciddi ziddiyyətlər mövcud olsa da, ümumilikdə irəliləyiş mümkündür. “Aramızda açıq söhbət oldu. Xalqlarımız üçün müsbət nəticə əldə etmək naminə kompromisə getməyə hazır olduğumuzu hiss etdim”, deyə E.Makron vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR