Boliviyanın sabiq prezidenti G7 ölkələrinin qərarlarının icrasından narazılıq edib

Boliviyanın sabiq prezidenti G7 ölkələrinin qərarlarının icrasından narazılıq edib
# 09 iyun 2018 08:28 (UTC +04:00)

"Bu gün G7 ya da G 6-nın yarımçıq iclası gedir. Yarımçıq olduğunu dedim, çünki orda bəzi mübahisələr gedir. Dünya indi çox dəyişib".

APA-nın xəbərinə görə, bunu Boliviyanın sabiq prezidenti Corce Quiroqa bu gün Bakıda keçirilən Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı Sammitində çıxışında deyib.

Onun sözlərinə görə, ilk dövrlərində G7 çox mühüm idi və orda razılaşdırılmış qərarlar bütün Avropaya təsir edirdi: "Artıq bu gün həmin vəziyyət deyil. Bundan sonra istər G20, G6 , istərsə də G7 olsun, Çinsiz heç bir mənası yoxdur və bu, dünyanın istiqamətini müəyyən etmir.

Latın Amerikası ölkələrinin inkişafından söz açan C.Quiroqa indi dünyanın enerji şəkilinin dəyişdiyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR