Yan Zahradil: "Azərbaycanın bəzi siyasi oyunların qurbanına çevrilməsinə son qoyulmalıdır"

Yan Zahradil: "Azərbaycanın bəzi siyasi oyunların qurbanına çevrilməsinə son qoyulmalıdır"
# 09 iyun 2018 08:44 (UTC +04:00)

"Azərbaycan çox etibarlı bir tərəfdaşdır. Buna görə biz Azərbaycana ciddi dəyər verməliyik".

APA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti, Avropa Parlamentinin Beynəlxalq Ticarət Komitəsinin vitse-prezidenti, Avropa Parlamentinin üzvü Yan Zahradil bildirib.

Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti deyib ki, Azərbaycan beynəlxalq səviyyədə çox ciddi hörmətə layiq olan bir ölkədir: "Azərbaycan geosiyasi məsələlərdə, nəqliyyat, enerji məsələlərində çox ciddi rol oynayır və oynamağa davam edəcək. Bu səbəbdən Avropa İttifaqı, Avropa Şurası Azərbaycana daha çox əhəmiyyət verir. Azərbaycanla bağlı birtərəfli hallar olub. Bunun səbəbi odur ki, Azərbaycan regiondakı bəzi siyasi hadisələrdə kimlərsə tərəfindən günahlandırılır. Bu kimi hallara tez bir zamanda son verilməlidir. Azərbaycanın bəzi siyasi oyunların qurbanına çevrilməsinə son qoyulmalıdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR