Rusiyanın xalq artisti İqor Oxlupin vəfat edib

Rusiyanın xalq artisti İqor Oxlupin vəfat edib
# 09 iyun 2018 11:54 (UTC +04:00)

Rusiyanın xalq artisti İqor Oxlupin vəfat edib. APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, aktyor iyunun 9-da 80 yaşında ölüb. İ. Oxlupin uzun müddətdir xəstəxanada müalicə alırdı.

Aktyor 1938-ci ildə Moskvada anadan olub. 1960-cı ildə Şukin ali teatr məktəbini bitirib. Həmin ildə Mayakovskinin adını daşıyan teatrın truppasına daxil olub. Aktyor bu teatrda “Hamlet”, “Kuraj ana və uşaqları”, “Çar Edip”, “Qağayı”, “Ölü canlar” və başqa tamaşalarda müxtəlif obrazlar yaradıb.

İ. Oxlupin eyni zamanda bir sıra filmlərdə də fərqli rollarda çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR