Səməd Seyidov AŞPA-nın yay sessiyasında iştirak edəcək

Səməd Seyidov AŞPA-nın yay sessiyasında iştirak edəcək
# 09 iyun 2018 11:54 (UTC +04:00)

“Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında Büronun üzvü, o cümlədən Azərbaycanı təmsil edən şəxs kini mən də iştirak edib öz mövqeyimi bildirəcəm”.

APA-nın xəbərinə görə, bunu bu gün jurnalistlərə açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.

S. Seyidov deyib ki, AŞPA-da fəaliyyət üçün iki əsas funksiya var: “Bunlardan biri öz ölkəni, ya da Avropanı narahat edən problemlərə dair sənədləri təqdim etmək, ikincisi isə öz mövqeyimizi bildirməkdir. Buna heç bir sanksiya qoyula bilməz. AŞPA-da bizə qarşı işləyən qüvvələrin fikri o idi ki, biz bu sanksiyalara kəskin reaksiya verərək AŞPA-dan üz döndərək. Başa düşmürlər ki, biz AŞPA-nı bu cür işləyən insanlardan daha yaxşı tanıyırıq. Bir qrup insanların mövqeyinin hansısa mərhələdə reallaşması o demək deyil ki, Azərbaycan qurumdan imtina edəcək. Əksinə, sessiyada aktiv fəaliyyət göstərəcəyik və əminəm ki, onların arzuları ürəklərində qalacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR