Prezident İlham Əliyev Perunun Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB

Prezident İlham Əliyev Perunun Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - <span style="color: red;">YENİLƏNİB
# 10 iyun 2018 10:01 (UTC +04:00)

Bu gün Azərbaycan prezidenti İlham Əliyev Peru Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mariya Milaqros Kastanyon Seoanenin etimadnaməsini qəbul edib.

APA-nın məlumatına görə, səfir M.Milaqros Kastanyon Seoane fəxri qarovul dəstəsinin qarşısından keçib, etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

M. M. K. Seoane Peru prezidenti Martin Viskarranın salamlarını dövlətimizin başçısına çatdırıb. O, səfirlik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.Səfir Azərbaycan ilə Peru arasında mümkün əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinin vacibliyini qeyd edərək, bu baxımdan kənd təsərrüfatı sahəsində yaxşı potensialın olduğunu nəzərə çatdırıb.

Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin inkişaf etdirilməsi üçün istiqamətlərin müəyyən edilməsinin zəruri olduğunu vurğulayaraq, bir neçə sahədə, o cümlədən kənd təsərrüfatı sahəsində əlaqələrin genişləndirilməsinin mümkünlüyünü bildirib. Dövlət başsısı bu sahənin Azərbaycanın inkişafında prioritet sahələrdən biri olduğunu qeyd edib.

Dövlət başçısı Peru prezidenti Martin Viskarranın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Peru prezidentinə çatdırmağı xahiş edib.

***

saat 10.49

Bu gün Azərbaycan prezidenti İlham Əliyev Perunun ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mariya Milaqros Kastanyon Seoanenin etimadnaməsini qəbul edib.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR