Putin və Paşinyan arasında görüş keçiriləcək

Putin və Paşinyan arasında görüş keçiriləcək
# 10 iyun 2018 18:20 (UTC +04:00)

Gələn həftə Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək.

APA-nın məlumatına görə, bu barədə RİA Novosti agentliyinə Rusiya dövlət başçısının mətbuat katibi Dmitriy Peskov bildirib.

Onun sözlərinə görə, səfər Rusiyada başlayacaq futbol üzrə dünya çempionatı çərçivəsində təşkil edilib.

Qeyd edək ki, dünya çempionatı iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərində keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR