Braziliya yığması Avstriyanı böyük hesabla məğlub edib

Braziliya yığması Avstriyanı böyük hesabla məğlub edib
# 10 iyun 2018 18:32 (UTC +04:00)

Dünya çempionatına hazırlaşan Braziliya yığması yoldaşlıq görüşündə qüvvəsini sınayıb.

Apasport.az saytının məlumatına görə, “pentakampeonlar” Avstriya ilə qarşılaşıb.

Vyanada baş tutan görüş cənubi amerikalıların böyükhesablı qələbəsi ilə nəticələnib – 3:0. Braziliyanın heyətində Qabriel Jezuş 36, Neymar 63, Filip Koutinyo isə 69-cu dəqiqədə fərqlənib.

Qeyd edək ki, Braziliya yığması dünya çempionatında Serbiya, İsveçrə və Kosta-Rika ilə bir qrupda mübarizə aparacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR