ABŞ-da təyyarə qəzaya uğrayıb, ölənlər var

ABŞ-da təyyarə qəzaya uğrayıb, ölənlər var
# 11 iyun 2018 01:01 (UTC +04:00)

ABŞ-ın Viskonsin ştatında yüngülmotorlu “Cessna 182” təyyarəsi qəzaya uğrayıb.

APA-nın məlumatına görə, bu barədə NBC telekanalı xəbər verib.

Məlumata əsasən, Çikaqo şəhərindən Monro dairəsinin bələdiyyə aeroportuna uçan təyyarə naməlum səbəbdən enişə az qalmış qəzaya uğrayıb. Yerə çırpılandan sonra təyyarə yanıb. Hadisə nəticəsində təyyarənin göyərtəsində olan 4 nəfər ölüb.

ABŞ Federal Aviasiya İdarəsi faktla bağlı araşdırma aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR