Qafar Əliyevin "Azərbaycanın xarici siyasəti və həqiqi dostları" kitabı qırğız dilində çap olunub

Qafar Əliyevin "Azərbaycanın xarici siyasəti və həqiqi dostları" kitabı qırğız dilində çap olunub
# 11 iyun 2018 08:21 (UTC +04:00)

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar "Azərbaycanın xarici siyasəti və həqiqi dostları" kitabı Qırğızıstanda nəşr edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya bildirilib ki, kitab Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun sifarişi ilə qırğız dilinə tərcümə olunub. Kitabın müəllifi Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin xaricdə yaşayan azərbaycanlılarla iş üzrə bölməsinin müdiri Qafar Əliyevdir.


Kitabda Azərbaycanın dostları haqda məqalələr yer alıb. Kitabı Mukan Asanaliyev tərcümə edib.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR